İşləmək vədi ilə Azərbaycana gətirilən əcnəbilər saxlanıldı

Əmək fəaliyyəti ilə məşğul olmaq vədi ilə aldadılaraq Azərbaycana gətirilən əcnəbilər saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirləri zamanı Azərbaycan Respublikasında iş vədi ilə aldadılaraq ölkəyə gətirilən, iş icazəsi əldə edilmədən əmək fəaliyyətinə cəlb edilən, həmçinin ölkədə ünvan qeydiyyatına alınmadan və yaşama hüququ verən sənədlər olmadan (qanunsuz) yaşayan 9 əcnəbi saxlanılıb.

Araşdırma nəticəsində həmin əcnəbilərin öz həmvətənləri tərəfindən 1400-2500 dollar müqabilində Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq vədi ilə aldadılaraq ölkə ərazisinə gəlmələrinin təşkil edildiyi, qeydiyyata alınmadıqları, əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələr əldə edilmədiyi və qanunsuz miqranta çevrilmələrinə şərait yaradıldığı müəyyənləşdirilib.

Qanunsuz miqrasiyanın təşkilinə dair əsaslı faktlar müəyyən edildiyindən aşkar edilən hallarla bağlı materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanına göndərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR