Xocəsən–Lökbatan yolundakı piyada keçidinin təmiri yekunlaşdı

Vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə Xocəsən–Lökbatan avtomobil yolunun 2-ci km-də yerləşən yerüstü piyada keçidində aparılan təmir-bərpa işləri yekunlaşıb.

Bu barədə Metbuat.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Layihəyə uyğun olaraq öncə keçidin deformasiyaya uğramış aşırım hissəsinin sökülməsi işləri aparılıb. Daha sonra keçidin yeni aşırım hissəsinin quraşdırılması həyata keçirilib.

Bərpa işləri zamanı keçidin fasadı, tavanı və döşəməsi əsaslı şəkildə təmir olunub, alt hissədə və kənarlarda olan üzlük materialları yeniləri ilə əvəzlənib.

Bundan başqa, keçidin yan şüşələrinin metal torlarla əvəzlənməsi və işıqlandırma sisteminin yenilənməsi işləri icra olunub.

Qeyd edək ki, təmir-bərpa işləri zamanı 36 metr uzunluğa malik sözügedən keçidin yerdən hündürlüyü 4,5 metrdən 5,6 metrə qədər artırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR