Xalq rəssamı Akif Əsgərov vəfat etdi

Görkəmli heykəltaraş, pedaqoq, Xalq rəssamı Akif İzzətulla oğlu Əsgərov vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

"Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Mədəniyyət Nazirliyinin kollektivi Akif Əsgərovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin", - nazirliyin məlumatında qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR