Tünzalə Ağayevanın bu geyiminə efirdə irad tutuldu - FOTO

Xalq artisti Tünzalə Ağayevanın geyiminə teveliziya efirində irad bildirib.

Metbuat.az xəbər verir ki, müğənni Günay İbrahimli “Xəzər axşamı” verilişində danışıb. Günay həmkarlarının fotolarına sıra ilə baxaraq onların geyim tərzlərini dəyərləndirib. Ağayevanın bir müddət əvvəl geyindiyi qara, dekolteli libası uğursuz adlandırıb:

“Tünzalə xanım sevdiyim , sənəti olan ifaçımız, Xalq artistimizdir. Mənim də uğursuz geyimlərim olur. Dekolte bir yerdə olanda yaxşıdır, ümumiyyətlə qadın qapalı geyinəndə gözəl görünür. Mənim də uğursuz geyimlərim olur. Hamısı sənət yoldaşlarımdır, hər biri ilə münasibətim çox yaxşıdır. Burada reallıqdan danışırıqsa, gərək səmimi fikirlərimi deyim. Yalandan desəm ki, bəyənirəm, tamaşaçılar üz ifadəmdən anlayacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR