Türkiyə millisi Almaniyanı məğlub etdi

Noyabrın 18-də futbol üzrə Türkiyə yığması yoldaşlıq görüşündə səfərdə Almaniya ilə qarşılaşıb.

Metbuat.az xəbər verir ki, Berlində keçirilən matçda Vinçenzo Montellanın yetirmələri rəqiblərini 3:2 hesabı ilə məğlubiyyətə uğradıblar.

Türkiyə millisinin heyətində F.Kadıoğlu, K.Yıldız və Y.Sarı fərqləniblər. Meydan sahiblərinin qollarına isə Havertz və Fulkrug imza atıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR