"Fənərbaxça" məşhur hücumçunu pulsuz alır

"Fənərbaxça" Keleçi İheanaço və Alexander Lindi transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, "Fənərbaxça"nın əsas transfer hədəfi nigeriyalı hücumçu İheanaçodur. Bildirilir ki, nigeriyalı mərkəz hücumçusu Keleçi İheanaçonun “Lester Siti” ilə müqaviləsi mövsümün sonunda yekunlaşır. Buna görə, "Fənərbaxça" futbolçunu azad agent kimi kluba cəlb edə bilər. Məlumata görə, Türkiyə klubu bu mövsüm göstərdiyi performansla diqqət çəkən və Danimarka Liqasında bombardir yarışında lider olan Lindi üçün də təklif hazırlayıb. "Silkeborq"da çıxış edən 21 yaşlı Aleksandr Lind bir sıra klubların diqqət mərkəzindədir.

Qeyd edək ki, "Fənərbaxça"nın hücumçusu Mişi Batşuayinin başqa kluba transferi gündəmdədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR