Ulduz hücumçu İngiltərə nəhənginə transfer olur

Bu mövsüm uğursuz oyun nümayiş etdirən "Mançester Yunayted" üçün diqqətçəkən iddia ortaya atılıb.

Metbuat.az xəbər verir ki, "Mançester Yunayted"yeni hücumçu transfer etmək üçün hərəkətə keçib. "The Sun" qəzetinin məlumatına görə, "Mançester Yunayted" İspaniya La Liqa komandalarından "Atletiko Madrid"də çıxış edən Antuan Qrizmanı heyətinə qatmaq istəyir. Bildirilir ki, ingilislər Qrizmanın 25 milyon avroluq sərbəst qalma haqqı ödəyərək bu transferi reallaşdırmaq istəyir.

Hücumçunun İngiltərəyə transfer olmağa razılıq verdiyi irəli sürülür. Qeyd edək ki, Qrizman "Atletiko Madrid"də ümimilikdə 357 matça çıxıb və 169 qol vurub, 77 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR