Hindistanda 10 gündür dağıntılar altında qalan işçilərin görüntüləri - VİDEO

Hindistanda tikinti zamanı çökən tuneldə 10 gündür xilas olunmağı gözləyən 41 işçinin ilk görüntüləri paylaşılıb.

Metbuat.az xəbər verir ki, xilasetmə səyləri davam edərkən, yeni çökmə təhlükəsi narahatlıq doğurur. Məlumata görə, Uttarakhand əyalətində tikilməkdə olan tunelin bir hissəsinin çökməsi nəticəsində 41 işçi qapalı halda qalıb. Çökmüş tunelin altında qalan işçilər boru vasitəsilə oksigen, dərman və qida ilə təmin olunur.

Xilasedicilər qazma maşınları ilə yerin 60 metr altında, işçilərin sürünərək çölə çıxa biləcəyi boşluq qazmağa çalışır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR