Amerikalı senatorlardan atəşkəs çağırışı

ABŞ-ın Oreqon ştatından olan demokrat senator Ceff Merkli Qəzzada atəşkəsə çağırıb.

Metbuat.az xəbər verir ki, o yazılı açıqlamasında "Mülki ölənlərin sayı artdıqca Qəzzada Oreqonlular da daxil olmaqla bir çox amerikalı bu qətliamı dayandırmaq üçün səslərini ucaltdı. Mən də bu fikirlə razıyam və buna görə də atəşkəsə çağırıram. Atəşkəsin davamlı olması üçün hər iki tərəf arzu olunan şərtləri yerinə yetirməlidir” deyə qeyd edib.

Əvvəldən İsrailə böyük dəstəyin olduğunu və ABŞ Prezidenti Co Baydenin də İsrailə gedərək dəstəyini göstərdiyini ifadə edən Merkli, “HƏMAS-a qarşı məqsədyönlü əməliyyat yerinə dəhşətli sayda mülki qırğına səbəb olan müharibə apararaq, İsrail beynəlxalq dəstəyini itirir” deyə bildirib.

Qeyd edək ki, Merkli demokrat senatorlar arasında Dik Durbindən sonra Qəzzada atəşkəsə çağıran ikinci senatordur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR