HƏMAS atəşkəsin detallarını açıqladı

İsrail hökuməti Qəzzada HƏMAS hərəkatı ilə əsir mübadiləsi razılaşmasını və 4 günlük müvəqqəti atəşkəsi qəbul etdiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, HƏMAS tərəfi də hər iki tərəfin razılaşdığı müvəqqəti atəşkəsin dörd gün davam edəcəyini bəyan edib. Teleqramda paylaşılan açıqlamada HƏMAS razılaşmanın təfərrüatları ilə bağlı bu məlumatları verib:

İsrail Qəzza zolağının bütün ərazilərində hərbi əməliyyatları, o cümlədən hərbi maşınların hərəkətini dayandıracaq.

Tibbi və yanacaq ləvazimatları da daxil olmaqla yüzlərlə humanitar yardım maşını Qəzzaya buraxılacaq.

Qəzzanın cənubunda pilotsuz uçuş aparatlarının uçuşu dörd gün dayanacaq. Qəzanın şimalında isə onlar gün ərzində 6 saat uçacaqlar.

Atəşkəs dövründə İsrail Qəzza zolağının heç bir bölgəsində heç kimə hücum etməyəcək və həbs etməyəcək.

Salah əl-Din küçəsində hərəkət azadlığı təmin ediləcək.

HƏMAS həmçinin bildirib ki, razılaşma çərçivəsində İsrail həbsxanalarında saxlanılan 150 fələstinli qadın və uşaq azadlığa buraxılacaq.

Qeyd edək ki, İsrail hökumətinin əsirlərin mübadiləsi və müvəqqəti atəşkəsi barədə bəyanatında "İsrail hökuməti bütün girovları vətənə qaytarmaq niyyətindədir. Bu gün axşam hökumət bu məqsədə çatmaq üçün birinci mərhələ planını təsdiqləyib, ona əsasən dörd gün ərzində ən azı 50 qaçırılmış qadın və uşaq azad ediləcək. Qaçırılmış daha 10 nəfərin azad edilməsi daha bir gün sakitlik verəcək” deyə bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR