ABŞ bazasına raket zərbəsi endirildi

Suriyanın Haseke vilayətində ABŞ qüvvələrinin yerləşdiyi Şəddadi bazasına raket zərbəsi endirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Pentaqondan açıqlama verilib. Raket hücumu nəticəsində ölənlərin olub-olmadığı hələlik məlum deyil. Həmçinin bildirilib ki, İranın dəstəklədiyi qrupları İraqdakı Ayn əl-Əsəd Hərbi Bazasına qısa mənzilli ballistik raketlərlə hücum edib.

Qeyd edək ki, HƏMAS-ın İsrailə hücumundan sonra ABŞ-ın Suriya və İraqdakı hərbi bazalarına hücumlar intensivləşib. ABŞ ordusunun Tenef bölgəsində, İraq sərhədinə yaxın Malikiyye rayonunda, Haseke vilayətinin Şəddadi rayonu və Deyr əz-Zor əyalətindəki bazalarına silahlı pilotsuz uçuş aparatları ilə hücumlar təşkil edilib. İranın dəstəklədiyi qruplar vaxtaşırı Fərat çayının şərq sahilindəki ABŞ bazalarına raket və PUA-larla hücum edir


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR