ABŞ-Kanada sərhədində partlayış olub - VİDEO

Nyu-Yorkda ABŞ və Kanadanı birləşdirən Niaqara şəlaləsi üzərindəki körpü Amerika tərəfində baş verən partlayışdan sonra bağlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.

İlkin məlumatlara görə, Kanadadan ABŞ-a daxil olan avtomobildə partlayış baş verib.

Fövqəladə vəziyyətin səbəbləri açıqlanmayıb. FTB araşdırma aparır.

Nyu-York qubernatoru Keti Xoukul vəziyyəti yaxından izlədiyini söyləyib. Digər mətbuat orqanları isə bildiriblər ki, hadisə zamanı azı 2 nəfər ölüb. Onların avtomobilin sərnişinləri olduqları bidirilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR