Bakıda bazarda yanğın baş verib - Ölən var

Bu gün Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın olub. Hadisə ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi də məlumat yayıb.

TƏBİB-dən Metbuat.az-a bildirilib ki, səhər saat 05:55 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, “Dərnəgül” taxta bazarının ərazisində yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.

Qeyd olunub ki, hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb. Xəsarət alan yoxdur.

Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev bildirib ki, məlumat daxil olandan 4 dəqiqə sonra yaxınlıqda olan bölmələr hadisə yerinə çatıb:

"Yanğınla bağlı yüksək çağırış elan edilib. Havanın küləkli olması həmçinin, yanğın mənbəyinin yüksək gərginlikli elektrik xətlərinin altında olması yanğınsöndürənlərin həyatına təhlükə yaradıb və yanğının söndürülməsi çətinləşib. Havanın küləkli olması yanğının böyük sahələrə yayaraq yanğın yerində 3 mənbə yaradıb. Yanğın sahəsi 4000 kvadrat metrdən çoxdur. Hal-hazırda bütün istiqamətlərdə yanğın perimetr boyunca tam əhatə alınıb. Hər yerdən lülələr verilib, mühafizə olunur. Yanğının yayılmasının qarşısı alınıb".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR