Ramil Qasımov yüksək vəzifəyə təyin edildi

Gəncə Dövlət Filarmoniyasına direktor təyinatı olub.

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Əməkdar artist, opera müğənnisi, dirijor Ramil Adıgözəl oğlu Qasımov Gəncə Dövlət Filarmoniyasının direktoru təyin olunub.

Xatırladaq ki, R.Qasımov 2015-ci ildən Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının direktoru olub. 2020–2022-ci illərdə isə Heydər Əliyev Sarayının direktoru vəzifəsində çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR