Merac və Teyyub qardaşlarının köməyə ehtiyacı var - FOTOLAR

Merac və Teyyub qardaşlarının xeyirxah insanların köməyinə ehtiyacı var.

Metbuat.az-ın məlumatına görə, iki ildən artıqdır ki, onkoloji xəstəlik- lenfomadan əziyyət çəkən 6 yaşlı Merac və 3 yaşlı Teyyub Quliyev qardaşlarının sentyabr ayından etibarən vəziyyətləri daha da pisləşib.

Hal-hazırda Türkiyədə Haccetepe xəstəxanasında müalicə alan uşaqların ailəsinin maddi imkanı bundan sonrakı müalicə xərclərini qarşılamağa imkan vermir. Ailəyə yaxın olan şəxslərin Metbuat.az-a verdiyi məlumata görə, uşaqların müalicəsinə görə yığılıb qalan borcun məbləği 20 min dollar həddindədir.

Uşaqların valideynləri imkanı olan şəxslərdən övladlarının müalicəsini davam etdirmək və xəstaxanaya olan borclarını ödəyə bilmək üçün kömək rica edirlər.

Hesab nömrəsi: Kapitalbank: 5239 1517 3198 5449


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR