Moskva hava limanları fəaliyyətini bərpa etdi - YENİLƏNİB

Rusiyanın Vnukovo və Domodedovo hava limanları uçuşların müvəqqəti dayandırılmasından sonra fəaliyyətini bərpa edib.

İki sərnişin təyyarəsi Vnukovoda gözləmə zonasında olub, üç reysin uçuşu gecikirdi.

Məlumata əsasən, gözləmə zonasında olan bütün şərnişin təyyarələri eniş rejiminə keçib, bir təyyarə yola düşüb.

Qeyd edək ki, bundan əvvəl Moskva meri Sergey Sobyanin dronlarla Moskvaya hücum cəhdləri barədə məlumat verib.

07:24

Domodedovo hava limanı da uçuşlar üçün bağlanıb.

Qeyd edək ki, hava limanlarında reyslərin dron təhlükəsi ilə əlaqədar təxirə salındığı bildirilib. Belə ki, 7 reys təxirə salınıb, daha üçü ləğv edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR