ABŞ-ın hərbi gəmisi Fars körfəzinə daxil oldu

ABŞ Mərkəzi Komandanlığı ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Dwight D. Eisenhower" təyyarədaşıyan gəmisinin Hörmüz boğazı vasitəsilə Fars körfəzinə daxil olduğunu açıqlayıb.

Metbuat.az xəbər verir ki, açıqlamada gəminin naviqasiya azadlığını təmin etmək üçün patrul xidməti həyata keçirəcəyi bildirilib. Qeyd edilib ki, “USS Dwight D. Eisenhower”i idarə olunan raket kreyseri “USS Philippine Sea”, idarə olunan raket esminesi “USS Stethem” və Fransa Hərbi Dəniz Qüvvələrinə aid “Lanqedok” freqatı ilə birlikdə üzdüyü qeyd edilib.

Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə aid "USS Mason (DDG 87)" adlı esminesinin Central Parkın kömək çağırışına cavab verdiyi, daha sonra 5 silahlı şəxsin gəmiyə minərək kiçik qayıqla qaçmağa çalışdığı bildirilmişdi. Açıqlamada gəmini ələ keçirməyə cəhd edən 5 silahlı şəxsin saxlanıldığı açıqlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR