Qəzzaya gedən Netanyahu əsgərlərə səsləndi

İsrail və HƏMAS arasında müvəqqəti atəşkəsin davam etdiyi bir vaxtda Qəzzaya gedən baş nazir Binyamin Netanyahu diqqətçəkən mesajlar verib.

Metbuat.az xəbər verir ki, o hərbi əməliyyatların davam edəcəyini qeyd edib. Netanyahu bildirib ki, hərbi əməliyyatlar İsrail ordusu qələbə qazanana qədər davam edəcək. “Bizi heç kim dayandırmayacaq" deyən Netanyahu, humanitar fasilədən sonra bölgəyə hücumları davam etdirəcəkləri mesajını təkrar edib.

Qeyd edək ki, Binyamin Netanyahu işğal altındakı Qəzza zolağının şimalına gedərək orada İsrail əsgərləri ilə görüşüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR