Fabreqas bu klubda məşqçilik fəaliyyətinə başladı - İlk oyunda sevindi

Futbolçu karyerasını bitirərək məşqçiliyə qədəm qoyan Sesk Fabreqas ilk matçında maraqlı proqnozu ilə diqqət çəkib.

Metbuat.az xəbər verir ki, İngiltərənin ikinci liqa komandası “Komoda” baş məşqçi olan Fabregas ilk matçına çıxıb.

Fabreqas komandasına başçılıq etdiyi ilk matçda 3 xal sevinci yaşayıb. Komandasının liqanın son pilləsində qərarlaşan “Feralpisalo” komandasını məğlub etdiyi matçdan sonra sevinən Fabreqas son dəqiqələrdə qolu hansı oyunçusunun vuracağını düz proqnoz edib.

Fabreqas matçdan sonra deyib: “İlk hissəni yaxşı keçirdik, amma oyunu daha tez bitirməliydik. Ehtiyat oyunçular əllərindən gələni etdilər, Qabrielloniyə dedim ki, qol vuracaq və belə oldu. Uşaqlıqdan bəri təzyiq hiss edirəm və onu idarə etməliyəm. Biz həmişə təkmilləşməliyik və məqsədimizə çatmaq üçün birləşməliyik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR