"Real" və "Çelsi"nin transfer savaşı - Liqa tarixinin rekordu qırıla bilər

"Çelsi" “Napoli”nin futbolçusu Viktor Osimheni transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, Viktor Osimhen “Çelsi” üçün əsas transfer hədəfidir. “Telegraph” qəzetinin məlumatına görə, “Çelsi”nin baş məşqçisi Maurisio Poçettino hücum bölgəsinə transfer tələb edib və onun istədiyi futbolçu nigeriyalı hücumçudur. Xəbərdə "Napoli"nin Viktor Osimhen üçün ən az 100 milyon funt-sterlinq tələb edəcəyi bildirilir. Hətta bu transferin 110 milyon funt-sterlinqə reallaşa biləcəyi qeyd edilir.

Bununla da Premyer Liqanın transfer rekordu qırıla bilər. Bundan əvvəl "Çelsi" Enzo Fernandezin transferi üçün 106,8 milyon funt-sterlinq ödəyərək rekord qırıb.

Məlumata görə, Viktor Osimheni "Real Madrid" klubu da transfer etmək istəyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR