Ronaldodan böyük jest: Hakim penaltini ləğv etdi - VİDEO

Asiya Çempionlar Liqasında keçirilən “Əl-Nəssr” - “Persepolis” matçında meydan sahiblərinin ulduz futbolçusu Kriştiano Ronaldo diqqət mərkəzinə düşüb.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qarşılaşmanın 2-ci dəqiqəsində portuqaliyalı futbolçu cərimə meydançasının daxilində yıxılıb.

Bu zaman oyunun baş hakimi İran klubunun qapısına penalti təyin edib. Ronaldo isə hakimə yaxınlaşaraq cərimə meydançasının daxilində özünə qarşı rəqib futbolçu tərəfindən müdaxilə edilmədiyini, bu səbəbdən penaltinin olmadığını bildirib.

Nəticədə referi penalti qərarından daşınıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR