Ronaldo razılığını verdi - İmzanı atır

Səudiyyə Ərəbistanının "Əl-Nəssr" klubunun futbolçusu Kriştiano Ronaldo barəsində diqqətçəkən transfer iddiası ortaya atılıb.

Metbuat.az xəbər verir ki, "Əl-Nəssr" müqaviləsi 2025-ci ildə bitəcək Ronaldoya daha iki illik müqavilə təklif edib. Portuqaliya mətbuatında yer alan xəbərə görə, ərəb komandası futbolçu ilə müqaviləni 2027-ci ilin yayına qədər uzatmağa hazırlaşır. Portuqaliyalı ulduz da bu transferə müsbət yanaşır. Tərəflərin razılaşdığı rəsmi açıqlamanın elan ediləcəyi qeyd edilir.

Qeyd edək ki, Kriştiano Ronaldo bu mövsüm "Əl-Nəssr"in heyətində indiyədək 18 rəsmi matçda iştirak edib və bu matçların hamısında start heyətdə yer alıb. Meydanda 1646 dəqiqə keçirən 38 yaşlı ulduz 18 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR