Bakıdakı məşhur malikanə bu qiymətə satılır - MƏBLƏĞ

Bir neçə il əvvəl sosial şəbəkələrdə heykəllərlə bəzədilmiş fotoları yayılan məşhur villa yenidən satışa çıxarılıb.

Metbuat.az bildirir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Novxanıda yerləşən saray 6,5 milyon manata təklif olunur.

Novxanı bağlarının ən səfalı yerində qeyri-adi üslubda inşa olunan bu əsrarəngiz saray Xəzər dənizi sahilində, ümumilikdə 0,45 hektar ərazinin içərisindədir. 1500 kvadrat metr sahəyə malik olan villa möhtəşəm dizaynı ilə seçilir.

4 mərtəbədən ibarət olan malikanənin daxilində idman, bilyard və tenis zalları, eləcə də barı, disko klubu mövcuddur.

Qeyd edək ki, sözügedən malikanənin fotoları bir neçə il əvvəl sosial şəbəkələrdə gündəmə çevrilmişdi. Onun sahibinin kimliyi isə hər kəsin marağına səbəb olmuşdu. Baku Tv-nin araşdırması nəticəsində villanın sahibi 60 yaşlı Bəxtiyar Dali kimi tanınan şəxsdir. O, Rusiya vətəndaşı olduğunu, uzun illər bu ölkədə hərbi mühəndis işlədiyini və təqaüdə çıxdıqdan sonra Azərbaycanda ata yurdunda yaşadığı bu malikanəni inşa etdirdiyini söyləyib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR