"Fənərbaxça"ya növbəti fantastik təklif - Ardadan sonra o da gedir

"Fənərbaxça"nın istedadlı futbolçusu Ferdi Kadıoğlu üçün yeni transfer iddiası ortaya atılıb.

Metbuat.az xəbər verir ki, Bundesliqa nəhəngi "Borussiya Dortmund" Ferdi Kadıoğlunu transfer etmək üçün hərəkətə keçib. Almaniya mətbuatında yer alan xəbərə görə, "Borussiya Dortmund" Ferdi Kadıoğlu üçün təklif hazırlayıb. "Fənərbaxça"nın 24 yaşlı futbolçu üçün 30 milyon avro tələb etdiyi bildirilib. "Borussiya Dortmund"un bu məbləğə yaxın məbləğə razılaşacağı deyilir.

Qeyd edək ki, “Fənərbaxça” ilə 167 rəsmi matça çıxan Ferdi Kadıoğlu bu matçlarda 15 qol vurub, 20 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR