Rusların banklara borcu trilyona çatdı - "Köhnə borcu bağlamaq üçün..."

Rusların ödənilməmiş kreditlərin həcmi bu ilin üçüncü rübünün sonuna qədər demək olar ki, dörd dəfə artıb.

Metbuat.az-ın məlumatına görə, bu barədə Rusiya Federal Məhkəmə İcraçıları Xidməti (FSSP) bildirib. Qeyd olunub ki, cari ildə yığımların ümumi məbləği 2,9 trilyon rubla çatıb.

FSSP-nin məlumatına görə, 21 milyondan çox rusiyalı kreditlər üzrə defoltla üzləşib. Bu, 2022-ci illə müqayisədə 22% çoxdur. Eyni zamanda, cərimələrin ümumi məbləği 2,9 trilyon rubla çatıb. İl ərzində borc artımı 200 milyard rubl təşkil edib.

Bu vəziyyəti dəyərləndirən ekspertlər bildirir ki, hazırda rusların bir çoxu köhnə kreditləri ödəmək üçün yeni kreditlər götürməyə məcbur olurlar.

Rusiya Mərkəzi Bankının məlumatına görə, il ərzində əhali arasında kreditlərin sayı artıb. Statistikaya görə, 2 milyon borcalan yeni kredit alıb, üç və daha çox krediti olan borcalanların sayı isə 11,2 milyon nəfərə çatıb.

Bu arada, 2024-cü ilin noyabrından Rusiyada fiziki şəxslər üçün müflisləşmə qaydaları sadələşdirilib. Vətəndaşlar borcları 25 mindən 1 milyon rubla qədər olduqda, məhkəməyə getmədən iflas üçün müraciət edə bilərlər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR