Metroda əlil arabaları üçün yeni texniki qurğu istifadəyə veriləcək

Bu gün "Bakı Metropoliteni" QSC-nin "Nizami" stansiyasında əlil arabası istifadəçilərinin daşınması ilə bağlı eskalator üçün nəzərdə tutulmuş yeni texniki qurğu istifadəyə veriləcək.

Metbuat.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, "Əlçatan metro" layihəsi çərçivəsində baş tutacaq.

Mərasimdə layihədə yaxından iştirak etmiş əlil arabası istifadəçisi Cəmilə Məmmədli iştirak edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR