HƏMAS-dan İlon Maska sürpriz təklif

İsraildə baş nazir Benyamin Netanyahunu ilə görüşən İlon Maska HƏMAS-dan sürpriz təklif gəlib.

Metbuat.az xəbər verir ki, HƏMAS-ın yüksək səviyyəli rəhbərlərindən olan Usamə Həmdan Maskı Qəzzayə dəvət edərək, “İsrailin bombardmanının törətdiyi dağıntıların miqyasını və xalqımıza qarşı törədilən cinayətlərin miqyasını görmək üçün Maskı Qəzzaya dəvət edirik” deyə bildirib.

Qeyd edək ki, İsrailə səfər edən İlon Mask Binyamin Netnayahu ilə HƏMAS-ın hücum təşkil etdiyi ərazilərə baxış keçirmişdi. İlon Mask İsrailə səfəri zamanı "Qəzzayə daha yaxşı gələcək təmin etmək üçün HƏMAS qruplaşmasını məhv etməkdən başqa bir seçim yoxdur" deyə bildirmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR