VAR hakimi qalmaqallı qərar verdi - Qovuldu

Çempionlar Liqasının F qrupunda oynanılan və 1:1 hesabı ilə başa çatan PSJ-“Nyukasl Yunayted” matçının son dəqiqələrində verilən penalti UEFA-nı hərəkətə keçirib.

Metbuat.az xəbər verir ki, “Parc des Princes” stadionunda keçirilən görüş “Nyukaslın” 1-0 hesablı üstünlüyü ilə davam edərkən hakim 90+5-ci dəqiqədə PSJ-nin lehinə penalti verib. Usman Dembelenin ötürməsindən sonra top Tino Livramentonun qoluna dəyib. Hakim Szymon Marciniak əvvəlcə oyunu davam etdirsə də, VAR-dakı hakim Tomasz Kviatkovskinin xəbərdarlığından sonra epizodu təkrar izləyərək penalti qərarını verib. Mbappe penaltini qola çevirib və matç 1:1 hesabı ilə başa çatıb. Məlumata görə, top Livramentonun əvvəlcə sinəsinə, sonra qoluna dəydiyi üçün UEFA penalti qərarınını doğru olmadığını hesab edib. Buna görə də VAR hakimi Kviatkovskiyə cəza verilib. O oyunlardan müvəqqəti uzaqlaşdırılıb.

Polşalı referi Çempionlar Liqasının D qrupunda keçirilən "Real Sosyedad" - "Zalsburq" matçında hakimin video köməkçisi olacaqdı. Lakin UEFA səhvdən sonra Kviatkovskini bu vəzifədən azad edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR