Bakıda daha bir məşhur "zapravka" fantastik məbləğə satışa çıxarıldı - FOTO

Bakıda yanacaq doldurma məntəqəsi (YDM) satışa çıxarılıb.

Metbuat.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, sözügedən YDM paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşir.

Zabrat dairəsində yerləşən bu məntəqə 3,5 milyon manata təklif olunur.

Satışa çıxarılan Zabrat OİL 0,13 hektar ərazidə inşa olunub.

Obyektin sahibinin kimliyi məlum deyil.

Xatırladaq ki, bir müddət əvvəl paytaxtın Nəsimi rayonunda - 20 yanvar metrosundan 3-cü mikrorayon dairəsinə gedən yolda yerləşən H-Petrol YDM də satışa çıxarılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR