​“WhatsApp”da "xəyanət" funksiyası - Hamıdan gizli olacaq

“WhatsApp” yeni təhlükəsizlik funksiyasını sınaqdan keçirir.

Metbuat.az xəbər verir ki, bu funksiya çat kilidi üçün yeni şifrələnmiş mesajlar seçimidir. Məlumata görə, bu seçim vasitəsilə “WhatsApp”da söhbətləri kilidləmək mümkün olacaq. Yeni funksiya istifadəçilərə xüsusi parolla istədiyi söhbətləri kilidləməyə imkan verir. Kilid üçün kod hərflərdən, rəqəmlərdən, xüsusi simvollardan və hətta emojilərdən ibarət ola bilər. Həmçinin kilidlənmiş söhbətlər gizli bölməyə köçürmək mümkün ola bilər.

Köçürülmüş kilidlənmiş söhbətlərə baxmaq üçün tətbiq edilən kod daxil edilməlidir. Telefonun başqasının əlindədirsə, parolu bilmədikləri halda gizlədilmiş söhbəti tapa bilməyəcək.

Sosial mediada “WhatsApp”ın bu funksiyasının "Xəyanət funksiyası", "Ev yıxan funksiya" kimi adlandırılması diqqət çəkib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR