300 dollarlıq limit ləğv edilir? - VİDEO

Son günlər sosial şəbəkələrdə xaricdən gətirilən malların gömrük limitinin 300 dollardan 150 dollara endiriləcəyi ilə bağlı paylaşımlar edilir. Yayılan bu xəbərlər nə dərəcədə həqiqətə uyğundur?

Metbuat.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, mövzu ilə bağlı danışan ekspert Nicat Manafov hesab edir ki, gömrük limitinin 300 dollardan aşağı salınması reallaşsa belə, heç bir nəticə verməyəcək.

Onun sözlərinə görə, yerli sahibkarla internet üzərindən alış - veriş edənlər arasındakı balansı qorumaq üçün müxtəlif yollar var. O təklif edir ki, ya sahibkarlara da eyni qaydada güzəştlər tətbiq olunmalı, ya da vətəndaşlar da vergi verməlidir.

İqtisadçı Xalid Kərimli isə deyib ki, limitin endirilməsi ilə bağlı gəzən söhbətlər şayiədir.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən bildirildi ki, vətəndaşlar tərəfindən şəxsi istifadə məqsədilə, yəni istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ölkəyə gətirilməsi qaydaları Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir və hazırda bu qərarda hər hansı dəyişiklik yoxdur. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR