"Real"a keçmək istəyən gürcü futbolçuya fantastik təklif

"Çelsi" “Napoli”nin futbolçusu Xviça Kvaratsxeliyanı transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, “Çelsi” futbolçu üçün “Napoli”yə təklif göndərib. İddialara görə, “Napoli” 22 yaşlı futbolçu üçün 100 milyon avro tələb edib. Bildirilir ki, “Çelsi” yeni futbolçular transfer etmək üçün böyük büdcə ayırıb.

Qeyd edək ki, Xviça Kvaratsxeliyanın atası oğlunun uşaqlıqda “Real Madrid”ə azarkeşlik etdiyini açıqlamışdı. Badri Kvaratshelia bildirib ki, oğlu “Real Madrid” azarkeşidir və bu klub üçün oynamaq istəyir.“Geo Team”ə danışan Badri deyib: "Xviça üçün “Real Madrid”ə qarşı oynamaq xüsusi idi. O, həmişə bunu xəyal edib və inanıram ki, hələ də “Real Madrid”də oynamaq arzusundadır. Ailəmdə hər kəs Los Blancos azarkeşidir. Bu səbəbdəndir. Bu mənim üçün çox xüsusi bir matç idi"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR