İki hərbçi faciəvi şəkildə vəfat etdi

Salyanda 2 nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Metbuat.az “Qafqazinfo”ya xəbər verir ki, Salyan şəhəri N.Babayev küçəsində yerləşən mənzildə kirayə yaşayan 2 hərbçinin meyiti aşkar edilib.

Onların dəm qazından zəhərlənərək vəfat etdiyi bildirilir.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, vəfat edən hərbçilər Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbçiləri olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR