Qəzzada atəşkəs üçün çalışırıq - Qətər

Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani Qəzzada müvəqqəti atəşkəsin bərpası üçün diplomatik səyləri davam etdirdiklərini bildirib.

Metbuat.az xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyindən açıqlama verilib. Bildirilib ki, Əl Sani bununla bağlı paytaxt Dohada keçirilən Körfəz Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri toplantısında çıxış edib. Körfəz Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri toplantısının İsrailin Qəzzaya hücumlarının davam etdiyi bir vaxtda baş tutduğunu vurğulayan Əl Tani Qətərin müvəqqəti atəşkəsin yenidən başlaması və daha sonra Qəzzada daimi atəşkəsə nail olunması üçün bütün ölkələrlə işləməyə davam edəcəyini bildirib.

Qətərin sədrliyi ilə keçirilən iclasda Körfəz Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Budeyvi çıxışında regional və beynəlxalq məsələlərlə yanaşı, birgə əməkdaşlıq tələb edən məsələlərin müzakirə edildiyini qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR