Vulkan püskürməsi nəticəsində azı 11 nəfər öldü

İndoneziyada Marapi vulkanının püskürməsi nəticəsində azı 11 nəfər həlak olub. İtkin düşənlər var.

Metbuat.az xəbər verir ki, 75-ə yaxın alpinist 2900 metrlik dağa qalxarkən dağın ətəyində qalıblar. Məlumata görə, ərazidən 49 alpinist təxliyə edilib, xilas edilənlərdən 8-i yanıq xəsarətləri ilə xəstəxanalara aparılıb.Yerli dairələr püskürmədən sonra həyəcan siqnalını ikinci ən yüksək səviyyəyə qaldırıb və potensial lava səbəbindən sakinlərə kraterə yaxınlaşmağı qadağan edib.

Partlayış nəticəsində kül buludları təxminən 914 metr yüksəkliyə qalxıb. Yerli dairələr sakinlərə maskalar paylayıb və onları vulkanik küldən qorunmaq üçün eynək taxmağa çağırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR