Kim Çen Indan qadınlara maraqlı çağırış

Şimali Koreya lideri Kim Çen In ölkədə doğum nisbətinin azalmasını qadınlarla əlaqələndirib.

Metbuat.az xəbər verir ki, Kim Çen In Milli Analar Yığıncağının açılışındakı çıxışında, uşaq dünyaya gətirməyin qadınların vəzifəsi olduğunu bəyan edərək qadınları daha çox uşaq dünyaya gətirməyə çağırıb. Kim Çen In “Doğum nisbətlərinin azalmasının dayanmasıı və uşağa yaxşı baxım və təhsilin təmin edilməsi analarımızla birlikdə həll etməli olduğumuz ailə problemləridir” deyə bildirib.

Qeyd edək ki, Şimali Koreyada quraqlıq və rifahı aşağı düşməsi doğum hallarını azaldıb. Şimali Koreyada əhalinin 2034-cü ildən başlayaraq azalacağı 2070-ci ilə qədər isə əhalinin 23,7 milyon nəfərə düşəcəyi təxmin edildiyi vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR