Mbappe rədd edə bilməyəcəyi təklif aldı

“Real Madrid” Kilian Mbappe transferindən imtina etməyib və futbolçu klubun ilk hədəfidir.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Real” Mbappe üçün rədd edə bilməyəcəyi təklif hazırlayıb və futbolçuya bu təklif çatdırılıb. Lakin rəsmi təklifin irəli sürülməsi üçün qaydalara uyğun olaraq “Real” Mbappenin PSJ ilə müqaviləsindəki şərtlərə əməl etməlidir. Xəbərdə deyilir ki, Mbappenin PSJ ilə müqavilə bu mövsüm başa çatır. Mbappenin PSJ ilə müqaviləsini daha bir il uzatmaq hüququ var.

Qeyd edək ki, xarici KİV-lər “Real Madrid”in Kilian Mbappe transferindən imtina etdiyi daha ucuz olan Argentinanın istedadlı futbolçusu Klaudio Eçeverrini transfer etmək istədiyini yazmışdı. "River Pleyt" Klaudio Eçeverri üçün 20 milyon avro civarınada məbləğ tələb edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR