“Dəmir Qübbə”nin atdığı raket İsrailə düşdü

Qəzza zolağından atılan raketlərin qarşısını almaq üçün istifadə edilən "Dəmir Qübbə"nin buraxdığı raket ölkənin mərkəzi bölgələrinə düşüb.

Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı İsrail ordusu araşdırmalara başlayıb. İsrail ordusunun açıqlamasına görə, raket texniki nasazlıq səbəbindən ölkə ərazisinə düşə bilər. “Times of Israel” qəzetinin xəbərinə görə, “Dəmir Qübbə” Qəzza zolağından Təl-Əvivə doğru atılan bir çox raketi zərərsizləşdirmək üçün raketlər buraxıb. Lakin onlar hədəfə çatmayıb.

Qeyd edək ki, HƏMAS-ın hərbi qanadı “İzzəddin əl-Qəssam Briqadaları” İsrailin blokada altındakı Qəzza zolağında mülki insanlara qarşı hücumlarına cavab olaraq Təl-Əvivə doğru çoxlu raketlər atdıqlarını açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR