Ronaldo şəxsən müdaxilə etdi - Ulduz futbolçu “Əl-Nəssr”ə keçir

Kriştiano Ronaldo “Real Madrid”də böyük uğur qazandığı fransız müdafiəçi Rafael Varan ilə yenidən bir araya gələ bilər.

Metbuat.az xəbər verir ki, “Əl-Nəssr” "Mançester Yunayted"in fransız müdafiəçisi Rafael Varanı heyətinə qatmaq üçün hərəkətə keçib. “Football Transfer”in məlumatına görə, Rafael Varan bundan əvvəl "Əl-İttihad"ın təklifini rədd edib. Lakin Kriştiano Ronaldonun vasitəçiliyi ilə “Əl-Nəssr” Rafael Varanı transfer etmək üzrə olduğu deyilir.

Bildirilir ki, Rafael Varan "Mançester Yunayted"in çıxışından razı deyil və o özüdə komandadan ayrılmaq istəyir. Ronaldonun “Əl-Nəssr”də olması onun bu klubu seçməsinə təsir edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR