Qonşu ölkəyə sərt qış gəldi - Temperatur mənfi 50-yə düşdü

Rusiyanın Sibir bölgəsində yerləşən Yakutiyada termometrlər mənfi 56 dərəcəni göstərərkən, paytaxt Moskva ağ rəngə bürünüb.

Metbuat.az xəbər verir ki, Rusiyada qışın gəlməsi ilə havanın temperaturu aşağı düşüb. Yakutiyada yerləşən Yakutskda havanın temperaturu mənfi 44 ilə mənfi 47 arasında ölçüldüyü halda, Oymyakonda axşam saatlarında havanın temperaturu mənfi 56 dərəcə olaraq qeydə alınıb.Mütəxəssislər, külək və rütubət nəzərə alınaraq Oymyakonda soyuqların mənfi 60 dərəcədən çox hiss ediləcəyini və gecə saatlarında temperaturun daha da aşağı düşəcəyini bildiriblər.

Rusiya Milli Meteorologiya Xidmətinin açıqlamasına görə, Ural və Sibir bölgələrində şaxtalı havalar hökm sürəcək. Moskvada qarın qalınlığı 35 santimetrə çatıb. Moskvanın bəzi hava limanlarında uçuşlar təxirə salınıb. Moskva və ətraf bölgələrdə havanın temperaturunun mənfi 20 dərəcəyə enəcəyi qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR