​“Real” Mbappeyə vaxt verdi - Müqavilə imzalamasa bu futbolçunu alacaqlar

“Real Madrid” PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Kilian Mbappe ilə müqavilə imzalaq istəyir.

Metbuat.az xəbər verir ki, Mbappenin müqaviləsi mövsümün sonunda başa çatacağı üçün futbolçu mövsümün fasiləsində transfer olmaq istədiyi klublarla danışıqlar apara bilər.İspaniyanın “AS” qəzetinin məlumatına görə, “Real Madrid” yeni ildə transfer danışıqları aparmaq icazəsi olan Kilian Mbappeyə 15 gün vaxt verəcək.

Xəbərdə Kilian Mbappenin transferi reallaşmasa, “Real Madrid”in "Mançester Siti"nin ulduzu Erlinq Haalanda təklif göndərəcəyi deyilir. Erlinq Haalandın “Mançester Siti” ilə 2027-ci ilə qədər müqaviləsi var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR