Xəzər dənizində zəlzələ olub.

Metbuat.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, 7 dekabr, yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.

Zəlzələ Bakıda və bir sıra şəhərlərdə hiss olunub.

08:26

Azərbaycanda güclü zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, zəlzələ paytaxt Bakıda da hiss olunub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, ilkin məlumata əsasən yerli vaxtla 08:15-də baş verən zəlzələ Azərbaycan ərazisəndə zəlzələ qeydə alınıb.

Qeyd edək ki, "Google" zəlzələ servisində zəlzələnin Sumqayıtdan 58 km məsafədə, Xəzər dənizində baş verdiyi bildirilir.