Milli Məclisin Aqrar Siyasət Komitəsi “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanun layihəsini müzakirə edib

14:17 25 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 14:11 ]

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin Aqrar Siyasət Komitəsinin bu gün keçirilən iclasında uzun müddətdir müzakirəsi ləngiyən “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

 

APA-nın məlumatına görə, komitə sədri Eldar İbrahimovun sədrliyi ilə keçən iclasda bildirilib ki, ölkədə kənd təsərrüfatında informasiya-məsləhət xidmətinin tətbiqinə böyük ehtiyac var və sözügedən qanun layihəsi bu məsələni həll edir.

 

Komitə sədri qeyd edib ki, SSRİ dövründə mərkəzləşdirilmiş təsərrüfat sistemi mövcud olub, lakin hazırda kənd təsərrüfatında çalışanlar fərdi sahibkar kimi çıxış edirlər və onların arasında əlaqələr yaradılmalıdır ki, biri-biri ilə məlumat mübadiləsi aparsın, kənd təsərrüfatı sahəsindəki durumdan xəbərdar olsunlar.

 

Yeni qanun layihəsi kənd təsərrüfatı informasiya-məsləhət xidməti ilə məhsul istehsalçıları, dövlət və yerli özünüidarə orqanları, digər fiziki və hüquqi şəxslər arasında münasibətləri tənzimləyir. Qanun layihəsində yerli və beynəlxalq investorların da kənd təsərrüfatı sahəsinə sərmayə qoyuluşunu tənzimləyən maddələr mövcuddur.

 

Layihənin növbəti sessiyada da komitədə müzakirəyə çıxarılması qərara alınıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367223

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR