Rusiya ilə NATO arasında toqquşma ola bilər - Moskvadan müharibə xəbərdarlığı

Rusiyaı Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya ilə NATO arasında toqquşma ehtimalının yüksək olduğunu bildirib.

Metbuat.az xəbər verir ki, o, bununla bağlı teleqram kanalındakı səhifəsində yazıb.

"Rusiya ilə NATO arasında birbaşa toqquşma ehtimalı heç vaxt Karib böhranından sonra indiki qədər yüksək olmayıb", - D.Medvedev qeyd edib.

O özünün teleqram kanalında bildirib ki, Karib böhranından sonra III Dünya Müharibəsinə səbəb olacaq birbaşa toqquşma təhlükəsi Rusiya ilə NATO arasında heç vaxt bu qədər real olmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR