Xalq artisti: "Kimi seviblər onunla da evləniblər, qarışmamışam"

Xalq artisti: "Kimi seviblər onunla da evləniblər, qarışmamışam"
17:12 19 Yanvar 2015
161 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Yalçın Rzazadə oğlanlarından razıdır
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni "Yeri gəlmişkən" verilişində övladlarının içki və siqaretdən uzaq olduğunu deyib:

"Oğlanlarımla fəxr edirəm. Üçü də istədiyim kimi bir çox problemdən uzaq durub. Hər zaman oxuyan, valideyn yanında dayanan, ata sözünə qulaq asan olublar. Kimi seviblər onunla da evləniblər, qarışmamışam.

Ancaq ata kimi tövsiyələrimi vermişəm... İçki nədir bilməyiblər, siqaret çəkməyiblər, nalayiq adamlarla oturub-durmayıblar. Böyük oğlum boş olanda ova gedib. Oğlanlarından razı atayam".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/319890.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR