Dünyanın ən zəngin ailələrinin adları açıqlandı

2023-cü ildə dünyanın ən zəngin ailəsi 305 milyard dollarlıq sərvətlə BƏƏ-nin hakim sülaləsi Əl Nəhyanlar olub.

Metbuat.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Nəşr bildirib ki, ən varlı ailələr siyahısına “Walmart” mağazalar şəbəkəsinin təsisçiləri və “Hermes” lüks brendinin sahibləri Ermes ailəsi də daxildir.

Agentlik vurğulayıb ki, “Walmart” şəbəkəsinin sahibləri, Qətərin hakim şeyxləri və əmirləri sülaləsi ilk dəfə reytinqə daxil edilib. Qeyd olunur ki, ümumilikdə dünyanın 25 ən varlı ailəsi 2023-cü ildə 1,5 trilyon dollar əlavə qazan əldə edib ki, bu da ən zəngin ailələrin ötən ilki sərvətindən 43% çoxdur.

Daha əvvəl məlum olub ki, dünyanın 10 ən varlı adamının ümumi sərvəti, oktyabr ərzində təxminən 50 milyard dollar azalaraq 1,32 trilyon dollar təşkil edib.

Bu barədə isə “Forbes” jurnalı məlumat yaymışdı.

“SpaceX” şirkətinin baş direktoru və “X” (keçmiş tviter) sosial şəbəkəsinin sahibi İlon Mask müvafiq reytinqdə birinci yeri tutmaqda davam edir. Eyni zamanda, oktyabr ayında onun digər şirkəti olan “Tesla”nın səhmləri 20% ucuzlaşıb. Nəticədə biznesmen 35 milyard dollar itirib ki, bu da milyarderin ümumi sərvətinin 14%-nə bərabərdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR