Bakıda bir ailənin 2 üzvünü avtomobil vurdu

Bakının Xəzər rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, avtomobil yolu keçən 1988-ci il təvəllüdlü Hüseynova Xəyalə Hüseyinbala qızını və 2020-ci il təvəllüdlü Hüseynov Rəşad Xəyal oğlunu vurub.

Hər iki yaralı hadisəni törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR