"Real"ın istədiyi oldu - Mbappe transferinin detalları

PSJ və “Real Madrid” klubları Kilian Mbappe barədə razılığa gəliblər.

Metbuat.az xəbər verir ki, tərəflər 24 yaşlı futbolçunun gələn mövsümdə transfer olması ilə bağlı razılaşıblar. İddialara görə, PSJ Mbappe üçün pul təzminatı və bonus alacaq. “Real” Mbappeyə illik 35 milyon avro məvacib verəcək. Bununla da, Mbappe “Real”da ən çox məvacib alan futbolçu olacaq.

Bildirilir ki, “Real” Mbappeyə imicindən istifadə etməyə imkan verəcək. Mbappenin meydandan kənar imicindən əldə etdiyi bütün gəlirləri özünə aid olacaq, bu da komanda üçün unikal haldır.

Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqaviləsi bu mövsümün sonunda başa çatır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR