Xankəndi stadionundan ən son görüntülər - VİDEO

Xankəndi şəhər stadionunda təmir-bərpa işləri davam edir.

Tribunalarda yeni oturacaqların bir hissəsi artıq quraşdırılıb. Bundan başqa stadionun daxilindəki otaqlar da müasir standartlara uyğun təmir olunur.

Qeyd edək ki, Azərbaycan kuboku çərçivəsində “Qarabağ” - MOİK matçının məhz bu stadionda keçiriləcəyi gözlənilir. Qarşılaşma dekabrın 21-də olacaq.

Metbuat.az “Baku TV”yə istinadən stadionun görüntülərini təqdim edir:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR