"Beşiktaş"da heyətin yarısı qovuldu - "Fənərbaxça"nın zərbəsi ağır oldu

Türkiyə Superliqasının 15-ci həftəsində evdə "Fənərbaxça"ya 1:3 hesabı ilə uduzan "Beşiktaş" radikal qərarlar qəbul edib.

Metbuat.az xəbər verir ki, "Beşiktaş" rəhbərliyi radikal qərar verərək 5 futbolçunu komandadan kənarlaşdırıb. Vinsent Aboubakar, Valentine Rosier, Eric Bally, Raşid Gezzal və Jean Onana heyətdən kənarlaşdırılıb. “Beşiktaş”ın rəsmi internet saytında açıqlamada deyilib:

"A futbol komandamızdan 5 oyunçu heyətdən çıxarılıb. Futbol komandalarının Baş Koordinatoru Səməd Aybaba Vinsent Aboubakar, Valentine Rosier, Eric Bally, Raşid Gezzal və Jean Onananın komanda daxilində zəif performans sərgilədiyi və heyətə uyğunlaşa bilmədiyi üçün heyətdən kənarlaşdırıldığını açıqlayıb. Yeni komandanın qurulması ilə bağlı işlərimiz davam edir”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR